Maraqlı

“YouTube” ABŞ-da “TikTok”un analoqunu istifadəyə verib

23 Mart 2021 22:50
Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar "YouTube" videohostinq xidməti ABŞ-da "TikTok"un analoqunu istifadəyə verib. Artıq "Shorts" adlandırılmış yeni xidmətdə amerikalı istifadəçilər öz qısamüddətli videolarını dərc edə bilərlər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni xidmətdə smartfondan məzmunu rahat izləmək üçün istifadəçilərə videonu şaquli formatda hazırlamaq imkanı yaradılıb. Həmçinin "Shorts" xidmətində videoya xüsusi effektlər və musiqi tətbiq etmək mümkündür. "YouTube"un nümayəndələrinin sözlərinə görə, xidmətin beta-versiyası yaxın bir neçə həftə ərzində ABŞ-dakı istifadəçilər üçün əlçatan olacaq.

"Shorts" xidməti ilk öncə hələ ötən il Hindistanda təqdim edilib. Şirkətin məlumatına görə, hazırda "Shorts" xidmətinin gündəlik baxış göstəricisi 6,5 milyarda bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.