Maraqlı

Evinizin iylənməsinə səbəb ola bilən vasitələr

20 Mart 2021 08:21
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Kitablar evinizin iylənməsinə səbəb olan əşyalardan birincisidir. Çoxlu sayda köhnə kitablar evin iylənməsinə səbəb olur.
2. Təbii kürklər heyvan dərisindən hazırlandığı üçün onların spesifik qoxusu olur. Şifonerdə belə kürklərin saxlanması evin iylənməsinə səbəb olur.
3. Təmiz yundan toxunmuş xalılar evdən yun iyinin gəlməsinə səbəb olur.
4. Heyvan dərisindən hazırlanmış dəri kurtkalar da evlərin iylənməsinə səbəb olur.
5. Həddindən çox yumşaq materiallarla hazırlanmış işıqlandırıcılar uzun müddət yandırıldıqda isinib evdən xüsusi qoxunun gəlməsinə səbəb olur.
6. Təbii meşə taxtasından hazırlanmış əl işləri də təbii meşə qoxusunun gəlməsinə səbəb olur.
7. Qoxulu parçalarla tikilmiş divan, kreslo və stul üzləri evdən xüsusi qoxunun gəlməsinə səbəb olur.
8. Ətirli dibçəklər evdən bahar ətrinin və ya yaşıllıq ətrinin gəlməsinə səbəb olur.
9. Yastıqlar və döşəklərin üzlüklərinin tikilişində istifadə edilən parçalar və onların içliklərinin qoxusu evin iylənməsinə səbəb ola bilir.
10. Evin dekorasiyasında itifadə edilən boyalar evdən iy gəlməsinə səbəb olur.
11. Dekorasiya məqsədilə evdə həsir əşyalardan çox istifadə edildikdə evdən həsir iyi gəlir.
12. Uzun illər işlənməyib yığılıb qalan paltarlar, nəmişlik və mətbəx qapısının açıq qalması evdən xüsusi xoşagəlməz qoxunun gəlməsinə səbəb olan amillərdən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.