Maraqlı

Hamilə qadınlar peyvənd olundu - Təhlükə varmı?

13 Mart 2021 17:15
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pfizer/BioNTech" hamilələr üçün peyvənd sınaqlarına başlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırma 9 ölkədə 4 min qadın üzərində gerçəkləşdiriləcək.

Artıq araşdırma çərçivəsində ABŞ-dakı qadınlara ilk dozalar inyeksiya olunub.

Prosedura qatılan qadınlar 18 yaşdan yuxarı və hamiləliklərinin 24-34-cü həftəsindədirlər.

Sınaqlar yaxın zamanda Kanada, Argentina, Braziliya, Çili, Mozambik, Cənubi Afrika, Britaniya və İspaniyada başlayacaq.

Şirkətlərdən ötən gün verilən açıqlamada vaksinin daha əvvəl hamilə heyvanlar üzərində sınaqdan keçirildiyi və riskli vəziyyət müşahidə olunmadığı bildirilib.

ABŞ qanunlarına əsasən, vaksinin dölə zərər vermədiyi və ya heyvanlarda dölü itirmək riski olmadığı sübut edilənə qədər kliniki sınaqların başlanması qadağandır.

Araşdırma anaların vaksinasiya olunan körpələrin doğulduqdan sonra koronavirusa qarşı immuniteti olub-olmadığını öyrənməyi əhatə etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.