Maraqlı

Samsung və MasterCard-dan yeni kart - Şifrə əvəzinə barmaq izi

9 Mart 2021 21:55
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung və Mastercard barmaq izi sensorlu kart hazırlamaq üçün əməkdaşlığa başlayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, əməkdaşlığın əsas səbəbi barmaq izi sensorlu "Samsung Card"dır. Bu kartın bütün Mastercard POS terminalları üçün keçərli olacağı və yalnız barmaq izlərinin skan edilməsi ilə işləyəcəyi bildirilir.

Mütəxəssislərin fikrincə, bu, təhlükəsizlik baxımından çox önəmlidir. Kartda şifrə əvəzinə barmaq izi sensoru tətbiq ediləcək.

Qeyd edək ki, artıq Mastercard-ın barmaq izi sensorlu başqa bir kartı var. Samsung-un imzasını daşıyan kartın təfərrüatları isə hələlik bəlli deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.