Maraqlı

“Əşyalar interneti”nə mobil qoşulmaların sayı 3,5 milyarda çatacaq

4 Mart 2021 21:20
Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2030-cu ildə mobil şəbəkələrə qoşulan "Əşyalar interneti" (Internet of Things, IoT) qurğularınn sayı 3,5 milyarda çatacaq. Hazırda qoşulmaların əksər hissəsi "4G" rabitəsinin payına düşsə də, "5G" texnologiyası gələcəkdə sürətlə yayılacaq. Bu barədə "Strategy Analytics" tədqiqat şirkətinin proqnozunda deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, 2020-ci ildə "5G" şəbəkələrinin mobil "IoT" avadanlıqlarına qoşulmada payı 1 faiz təşkil edib. 2026-cı ilədək bu şəbəkələr böyük paya sahib olmayacaq, "4G" isə nəzərdən keçirilən bazarda qabaqcıl texnologiya olaraq qalacaq. 2030-cu ildə "Əşyalar interneti" sahəsində qoşulmaların 40 faizi "5G" şəbəkələri vasitəsilə ötürüləcək.

Tədqiqatda qeyd olunur ki, "COVID-19" koronavirus pandemiyası səbəbindən 2020-ci ildə "IoT" texnikasının mobil şəbəkələrə qoşulma sayında artım gözlənildiyindən az olub. 2021-ci ildə artım tempi təxminən eyni olacaq, artıma isə teletibb, xüsusilə xəstələrin vəziyyətinə məsafədən monitorinqi və diaqnostikası xidmətləri təkan verəcək.

"Strategy Analytics" şirkətinin "Enterprise and IoT Research" bölməsinin icraçı direktoru Endryu Braun hesab edir ki, mobil şəbəkələrdə "IoT" qoşulmalarının sayında artım təkcə bu və ya digər layihələrə tələbatdan deyil, "5G" çiplərin ucuzluğu, məlumat ötürmə sürəti və "5G" şəbəkələrinin əhatə dairəsindən asılı olacaq.

Qeyd edək ki, "IoT" ekosisteminə şəbəkə avadanlığı, intellektual sistemlər, kommunikasiya servisləri, məlumat inteqrasiyası texnologiyaları və müxtəlif proqram təminatı daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.