Qida məhsullarında antibiotik təhlükəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heyvandarlıq və quşçuluq sahəsində antibakterial preparatlar əsasən infeksion xəstəliklərin müalicə və profilaktikası, yemləndirmədə kökəltmə məqsədilə işlədilir. Belə antibiotiklərə "antibiotik-stimulyatorlar" və ya "yem antibiotikləri" də deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, il ərzində heyvandarlıq və quşçuluq sahəsində çəki artımı məqsədilə 100 min tonlarla yem antibiotikləri sərf olunur ki, bu da təbabətdə müalicə məqsədilə işlədilən oxşar dərman maddələrini iki dəfədən çox üstələyir.
Heyvandarlıqda istifadə olunan yem antibiotikləri əsasən bakteriyalar tərəfindən fermentativ sintez olunan polipeptid mənşəli birləşmələrin qarışığıdır. Bu birləşmələr heyvan və ya quşların rasionuna əlavə edildikdə bağırsaqlarda patogen mikroorqanizmləri sıxışdırdığından, bağırsaq mikrobiontunun fəaliyyəti üçün əlverişli şərait yaratmış olur. Belə olduğu halda orqanizmdə həzm və metabolizmin dinamikası yaxşılaşmaqla, inkişaf prosesi sürətlənir. Nəticədə xəstəliklərin qarşısı alınır və çəki artımı yüksəlir.
Digər tərəfdən antibiotiklərin uzun müddət heyvan və quşların müalicəsi, profilaktikası və yemlənməsində istifadə edilməsi patogen və şərti patogen mikroorqanizmlərin antibiotiklərə qarşı rezistentliyinin artmasına, yəni bakteriya ştammlarının meydana gəlməsinə səbəb olur.
Bioloji və antibakterial təsir xüsusiyyətinə görə antibiotiklərin tibb təbabətində, kənd təsərrüfatında (baytarlıqda) və qida sənayesinin müxtəlif sahələrində geniş istifadə edilməsi mikroorqanizmlərə görə qida zəncirinin müxtəlif mərhələlərində fəsadların yaranmasına gətirib çıxarır.
Antibiotiklərin davamlı istifadəsi zamanı heyvan və insan orqanizmində fizioloji və immunobioloji müdafiə mexanizmlərinin pozulması halları, müxtəlif formalı allergiyalar, hiperhəssaslıq yaranır. Nəticədə orqanizmdə yeni patogen mikroorqanizmlər əmələ gəlir.
Antibiotiklərin kənd təsərrüfatında kortəbii və geniş istifadə olunması onların heyvan mənşəli qida məhsullarında (heyvan, quş və balıq əti, qaraciyər, süd, yumurta və s.) müəyyən miqdarda toplanmasına səbəb olur. Odur ki, insan sağlamlığının qorunması üçün heyvan mənşəli qida məhsullarında antibiotiklərin beynəlxalq standartların tələbləri çərçivəsində maksimum qalıq limitləri müəyyən edilib.
Avropa Birliyi ölkələrində 2006-cı ildən qanunvericiliklə bir sıra antibiotiklərin heyvandarlıqda xəstəliklərin profilaktikası məqsədilə və boy stimulyatoru kimi istifadəsi qadağan edilib. 2017-ci ildən isə Avropa Komissiyası antibiotikorezistentliyin aradan qaldırılması məqsədilə bu maddələrlə davranma qaydalarına dair yeni fəaliyyət planı təsdiq edib. Araşdırmalar göstərir ki, antibiotiklərin heyvan və bitki mənşəli məhsulların istehsalında istifadəsi zamanı düzgün yanaşmalar olmasa, 2050-ci ildə insanlar arasında ölüm halları xərçəng xəstəliyi səbəbindən baş verən itkiləri üstələyəcək.
Antibiotiklərin "ağıllı tədbiqi" ilə heyvan mənşəli qida məhsullarının bu preparatlarla çirklənmə təhlükəsini və əhatə dairəsini azaltmaq mümkündür. Bunun üçün heyvanlar üzərində hər bir antibiotikin baytarlarla məsləhətləşməklə təyinatına uyğun olaraq düzgün seçilmiş doza və müəyyən edilmiş müddət ərzində istifadəsi nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
XƏBƏR LENTİ
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi





