Yabanı albalının faydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yabanı albalı hündürlüyü 10 metrə qədər qalxa bilən ağacın meyvəsidir. Yabanı albalı gülkimilər fəsiləsinə aiddir və albalının növlərindən biridir. Yabanı albalı ağacının yarpaqları kiçik, tünd yaşıl rəngdə olur. Onun meyvələri isə uzun saplaqların uc hissəsində formalaşır. Yabanı albalı yazın ilk ayında çiçək açır və çiçəklər töküldükdən sonra meyvələr böyüməyə başlayır. Onun çiçəkləri ağ-çəhrayı rəngdə olur. Albalının meyvələri yumru-oval-ürək formasında, 2 sm diametrə malik olub, tez bir zamanda yetişir. Albalının bu növü yabanı halda bitir və adətən çəyirdəkləri vasitəsilə artır. Yabanı albalı turşaşirin dada malik olur və sulu meyvələrdən hesab edilir. Yabanı albalı Rusiyada, Azərbaycanda, Krım və Qafqaz dağlarında, bir çox Avropa ölkələrində, Şimalı Afrikada, Qərbi Asiya ölkələrində bitir. Yabanı albalının yetişməsini onun rənginin qızarmasından bilmək olur. Gün ərzində bir ovuc yabanı albalı yemək bağırsaqlarda olan köpün xaric olmasına səbəb olur. Bağırsaq keçməməzliyi zamanı isə yabanı albalı yemək məsləhət görülmür.
Kaloriliyi
Yabanı albalı az kalorili qidalardan hesab edilir. Qurumamış yabanı albalının 100 qramında 50 kKal olur. Onun konservləşdirilmişində isə kalorinin miqdarı nisbətən yüksəkdir.
100 qram yabanı albalının kalori dəyəri:
- Zülallar - 1,1 qr
- Yağlar - 0,4 qr
- Karbohidratlar - 10,6 qr
- Su - 85,5 qr
- Kalori - 50 kKal.
Yabanı albalıda çoxlu miqdarda şəkər, kalium, kalsium, maqnium, dəmir, marqanes, yod və fosfor var. Onun tərkibi C, B1, B3, B6, E, K vitaminləri ilə zəngindir. Hamilə və süd əmizdirən qadınların, uşaqların yabanı albalı yemələrində fayda var. Yabanı albalının tərkibində olan retinol dəri, sümük, göz və beyin toxumalarının inkişafını sürətləndirir. Tərkibində olan B1 vitamini maddələr mübadiləsini sürətləndirir, B6 vitamini zülalların sintezini sürətləndirir, qaraciyərin, ürəyin, beyinin işini yaxşılaşdırır, PP vitamini isə tənəffüs yollarının fəaliyyətini stimulyasiya edir.
Yabanı albalının tərkibində olan kumarin və oksikumarin qanın laxtalanmasının qarşısını alır, tromb əmələ gəlməni əngəlləyir.
Yabanı albalı orqanizmi artıq toksiki maddələrədən təmizləyir, qanda xolesterinin miqdarını aşağı salır. Tünd rəngli yabanı albalı yemək arterial təzyiqi aşağı salır, kapillyarları möhkəmlədir. Onun saplaqlarının dəmləməsi ürək xəstəliuklərindən əziyyət çəkənlər üçün çox faydalıdır.
Yabanı albalı qaraciyərin və böyrəklərin fəaliyyətini artırır, qan dövranını yaxşılaşdırır, bağırsaqların işini sürətləndirir, artrit və revmatizm xəstəliklərinin əlamətlərini aradan qaldırır.
Şəkərli diabet xəstələrinə yabanı albalı yemək çox faydalıdır. Onun tərkibində olan fruktoza orqanizm tərəfindən asan sorulur.
Yabanı albalı yemək müxtəlif dəri xəstəliklərinin(ekzema, psorias, akne və s.) sağalmasına səbəb olur. Quru dərini normallaşdırmaq məqsədilə yabanı albalı maskalarından da istifadə edilir.
Yabanı albalının bəlğəmgətirici və öskürəkkəsici xüsusiyyəti var. Bu məqsədlə albalının şəkərsiz dəmlənmiş kompotunu isti halda içmək lazımdır. Xalq təbabətində albalı çiçəyinindən dəmlənmiş çay antiseptik, iltihab əleyhinə, soyuqdəymə xəstəlikləri zamanı qəbul edilir.
Yabanı albalının zərərli xüsusiyyətləri
Bağırsaq keçməzliyi, ishal və bağırsaq xəstəlikləri zamanı çoxlu miqdarda albalı yemək meteorizmin, qastritin, turşuluğun artmasına səbəb olur. Şəkərli diabet xəstələrinə də həddindən çox yabanı albalı yemək məsləhət görülmür. Bir yaşına qədər olan uşaqlara yabanı albalı yemək tövsiyə edilmir. Bu onlarda allergiya xəstəliyinin baş verməsinə səbəb ola bilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu
-
Qurban Qurbanov ilk maaşından DANIŞDI: "70 manat almışdım..."
-
Axtarışda olan iş adamı timsahın mədəsində tapıldı - VİDEO
-
Pula pul demir, anası "Qocalar evi"ndə yaşayır - VİDEO
-
Tolik küsülü 2 müğənnini BARIŞDIRDI - VİDEO
-
"Met Qala 2026": Ən çox danışılan geyimlər, qeyri-adi dizaynlar... - FOTO
XƏBƏR LENTİ
-
"Müharibə vaxtı atam evdən butulka götürüb ki..."
-
Görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
"Barselona" "Bayern Münhen"lə transfer mübarizəsinə girişdi
-
İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti tapıldı - FOTO
-
"Mançester Yunayted" Maykl Kerriklə bağlı qərar verdi
-
"Bəlkə hamilədir, çünki ana olmaq yaşı keçir"
-
Bu müəllimlərin maaşı artırıldı – RƏSMİ
-
Dünya mediası Ciorcia Meloninin İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb - FOTO
-
Aeroport yolunda ağır qəza - ölən var
-
Azərbaycanda məşhur şadlıq evləri saxta kürü satır - Siyahı - FOTO
-
Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ - YENİLƏNİB
-
“Neftçi” darmadağınla qələbə qazandı
-
Asfalt yolu və marşrut xətti olmayan qəsəbə sakinləri çarəsiz qalıb
-
İcra başçısının köməkçisi öldü - FOTO
-
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO
-
Məşhur bazara giriş 50 qəpikdən 5 manata QALDIRILIR?
-
Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO
-
Qərar verilib, amma icra yoxdur: Əlilliyi olan qadın 17 ildir mənzil gözləyir
-
"Kurtlar Vadisi"nin aktyoru VİDEOsu ilə gündəm oldu
-
Sürücülərin DİQQƏTİNƏ: Bu yol ÇÖKDÜ
-
Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi
-
Qurban Qurbanov ilk maaşından DANIŞDI: "70 manat almışdım..."
-
Britni Spirslə bağlı QƏRAR: Bu cəza verildi
-
Axtarışda olan iş adamı timsahın mədəsində tapıldı - VİDEO





