Ötən gün aktyor və model Barış Murad Yağcı Nişantaşında kameralara tuş gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, jurnalistlərlə söhbət edən Barış sevgilisi Nisa ilə olan münasibətləri haqda bəzi açıqlamalar verib. O, evlilik üçün hələ tez olduğunu deyib:
"Nisa evlənəcəyim şəxsdir. Lakin bunun üçün 2 il gözləmək məcburiyyətindəyik. Çünki o, aldığı təhsilini bitirməlidir".
Xatırladaq ki, cütlük "Survivor" yarışmasında tanış olub eşq yaşamağa başlayıb.
Milli.Az