“Nisa evlənəcəyim şəxsdir. Lakin..."

25 Fevral 2021 16:14

Ötən gün aktyor və model Barış Murad Yağcı Nişantaşında kameralara tuş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, jurnalistlərlə söhbət edən Barış sevgilisi Nisa ilə olan münasibətləri haqda bəzi açıqlamalar verib. O, evlilik üçün hələ tez olduğunu deyib:

"Nisa evlənəcəyim şəxsdir. Lakin bunun üçün 2 il gözləmək məcburiyyətindəyik. Çünki o, aldığı təhsilini bitirməlidir".

Xatırladaq ki, cütlük "Survivor" yarışmasında tanış olub eşq yaşamağa başlayıb.

Milli.Az