Maraqlı

Süni intellekt qərar qəbuluna təsir göstərə bilər

18 Fevral 2021 23:50
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya Dövlət Elmi və Tətbiqi Tədqiqatlar Birliyinin (CSIRO) "Data61" şirkətinin tədqiqatçıları Avstraliya Milli Universiteti və Almaniya ekspertləri ilə əməkdaşlıqda süni intellektin insan tərəfindən qərarın qəbul edilməsinə təsir göstərə bilməsini müəyyən ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, tədqiqata iştirakçıların kompüterə qarşı oyun oynadığı üç eksperiment daxil olub. İlk iki testdə iştirakçılar saxta valyuta qazanmaq üçün qırmızı və ya göy xanaların üzərinə keçid edərək sıxıblar. Üçüncü eksperimentdə iştirakçılara saxta valyutanın investisiya qoyuluşu üzrə iki variant təklif olunub. Senaridə iştirakçılar sərmayədar, süni intellekt isə etibarlı idarəedici rolunu oynayıb.

Hər üç oyunu keçdikcə süni intellekt iştirakçıların son nəticədə oyunçuların müəyyən qərar qəbul etməsinə kömək edən seçim modelini öyrənib. Məsələn, artıq üçüncü oyunda süni intellekt iştirakçıları ona daha çox pul verməyə məcbur etməyi mənimsəyib.

Tədqiqatın nəticələrinə görə, süni intellekt insanların vərdişlərindən və davranış modellərindən istifadə edərək onların qərar qəbul etməsinə təsir göstərə bilər.

"Tədqiqat nəzəri olsa da, o, bizə insanların necə seçim etməsini daha yaxşı başa düşməyə imkan verib", - ekspertlər qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.