Maraqlı

Qan təzyiqi və biokimyəvi proseslərə nəzarət edən yeni plastır hazırlanıb

18 Fevral 2021 20:20
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kaliforniya Universitetinin mühəndisləri tərəfindən hazırlanmış plastır qan təzyiqi, ürək döyüntülərinin tezliyi, qlükoza, həmçinin alkoqol və kofeinin səviyyəsinə nəzarət edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu, insan orqanizmində eyni vaxtda ürək-damar siqnallarına və bir neçə biokimyəvi prosesə nəzarət edən ilk daşınan qurğudur.

Belə qurğu yüksək təzyiqdən, diabetdən əziyyət çəkənlər və ya "COVID-19"un ağır formasına meyilli olan insanlar üçün nəzərdə tutulub. O, həmçinin sepsisin (laktatın səviyyəsinin artması ilə müşayiət olunan arterial təzyiqin qəfil aşağı düşməsi) aşkar edilməsi məqsədilə istifadə edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.