Maraqlı

“Apple” və “TSMC” birlikdə “ağıllı” eynək hazırlayacaq

16 Fevral 2021 20:50
Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TSMC" şirkəti əlavə reallıq qarniturunun hazırlanmasında "Apple" korporasiyasının tərəfdaşı qismində çıxış edəcək. Bu barədə "Nikkei" agentliyinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ABŞ korporasiyası uzun müddətdir tərəfdaşlıq etdiyi "TSMC" ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Tayvan şirkəti "iPhone" smartfonları üçün yeganə prosessor tədarükçüsüdür. Tərəflər özündə "ağıllı" eynək funksiyalarını birləşdirəcək əlavə reallıq qarniturunun yaradılması ilə məşğul olacaqlar.

Məlumata görə, tərəfdaşlar "micro-OLED" tipli ekranlar hazırlamaq niyyətindədir. Bu ekranlar klassik "IPS" və ya "OLED" panelləri kimi şüşə altlıqda deyil, xüsusi lövhədə yerləşir. Yeni texnologiya qarnitur üçün optimal - nazik və enerjiyə qənaətcil displey kəşf etməyə kömək edəcək.

Vəziyyətlə tanış olan mənbələrin məlumatına görə, "Apple" və "TSMC" mütəxəssisləri tərəfindən hazırlanan "micro-OLED" ekranlarının ölçüsü təxminən 1 düym təşkil edir. Blogerlər qeyd edib ki, iki şirkətin birgə layihəsi ilkin mərhələdədir. Ekspertlərin proqnozuna görə, "ağıllı" eynək yaxın bir neçə ildə satışa çıxarıla bilər.

Agentliyin bildirdiyinə görə, "Apple" və "TSMC" layihəsi üzərində iş məxfi laboratoriyada aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.