Yeni nəsil Nissan Pathfinder krossoveri təqdim edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nissan şirkəti beşinci nəsil Pathfinder krossoverini təqdim edib. Ailəvi krossover yenidən dizayn edilib və baza versiyasında səkkiz yerlik salonla təchiz edilir. Üstəlik, bu nəsildə variatorun əvəzinə klassik "avtomat" peyda olub.
Yeni Nissan Pathfinder, sələfi ilə eyni platformada inşa olunub. Bunun sayəsində krrossover eyni təkər bazasını qoruyub saxlayıb. Krossoverin uzunluğu 5004 millimetrdir. Xatırladaq ki, əvvəlki nəslin uzunluğu 5042 millimetr idi. Pathfinder ilk dəfə olaraq ikirəngli kuzov ilə sifariş edilə bilər. Bundan başqa, krossover V-motion firma radiator barmaqlığını, LED ön fənərləri və arxa tərəfin "süzən" dam effektini yaradan C-şəkilli siluetini əldə edib.
Pathfinder artıq standart olaraq səkkiz nəfərlik salonla təklif edilir. Əlavə ödəniş ilə, ikinci sıranın fərdi oturacaqlarını əldə etmək olar - bu halda krossover yeddi nəfərlik olacaqdır. Krossoverin salonu da əhəmiyyətli dərəcədə dəyişib. Modelin standart olaraq virtual cihazlar paneli və multimedia sisteminin 8-düymlük ekranı ilə təchiz edilir. Daha bahalı versiyalarda avtomobil 12,3-düymlük rəqəmsal cihazlar paneli, eləcə də multimedia sisteminin 9-düymlük sensorlu ekranı və proyeksiya ekranı quraşdırılır.
Pathfinder modeli on hava yastığı, avtomatik əyləc sistemi, zolağa nəzarət və adaptiv uzaq işıqları özündə birləşdirən Nissan SafetyShield 360 firma kompleksini alıb. Əlavə ödəniş ilə, zolaqda tutma funksiyasına sahib olan adaptiv kruiz-kontrolu və ön oturacaqların arasında olan mərkəzi hava yastığını sifariş etmək olar.
Yeni Nissan Pathfinder modelinin kapotunun altında 288 at qüvvəsi və 351 Nm fırlanma anı hasil edən əvvəlki 3,5-litrlik V6 mühərriki yerləşir. Bununla birlikdə, adi variator doqquz pilləli "avtomat" ilə əvəzlənib. Krossoveri həm ön, həm də arxa oxda qoşma muftası olan tam ötürmə sistemi ilə sifariş etmək olar. Bundan əlavə, yeni model mərkəzi tuneldəki şayba tərəfindən dəyişdirilən yeddi hərəkət rejiminə sahib olub.
Beşinci nəsil Nissan Pathfinder modeli Amerika bazarında yayda satılmağa başlanacaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
DTX-nin əməliyyatı ilə üzə çıxan "Süleyman camaatı" - məhkəmə
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib





