Maraqlı

Növbəti nəsil A4 və A6 modelləri elektrokar olacaqdırlar - FOTO

20 Fevral 2021 22:30
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Audi markasının rəhbəri Markus Dyusmann növbəti nəsil A4 və A6 modellərinin elektrik güc qurğularına keçəcəyini, ancaq bunun 2030-cu ildən tez baş verməyəcəyini söyləyib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Audi şirkətinin rəhbəri Markus Dyusmann T3N nəşrinə verdiyi müsahibədə A4 və A6 modellərinin mütləq elektrikləşdiriləcəyini bildirib. Növbəti nəsil A4 və A6 modelləri 2023-cü ildə debüt edəcək və daxili yanma mühərrikləri ilə təchiz ediləcəkdirlər.

2030-cu ildə isə model xəttində yalnız elektrik ötürməsi ilə hərəkət edən versiyalar qalacaqdırlar. Dyuesmann, plug-in hybrid texnologiyasını gələcəyi olmayan köhnəlmiş texnologiya adlandırıb.

Audi rəhbəri elektrikli nəqliyyat vasitələrinə keçidi şirkət üçün çox vacib bir mərhələ hesab edir. Marka nəhayət daxili yanma mühərrikləri ilə vidalaşmağı və yaxın iyirmi ildə bütün modelləri elektrik güc qurğusuna keçirməyi planlaşdırır.

Məlumdur ki, şirkət artıq daxili yanma mühərriklərindən imtina edilməsi üçün, yaxın aylarda hazır olacaq cədvəl hazırlayır. Plan, daxili yanma mühərriklərinin zavodlardakı istehsalının mərhələli dayandırılmasını ehtiva edəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.