Maraqlı

Vəhy nədir?

13 Fevral 2021 19:55
Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vəhy" sözünün ərəb dilindən tərcüməsi "başqalarının görmədiyi gizli işarə" deməkdir. Peyğəmbərlərin Allah-Təaladan aldıqları xəbərlərə vəhy deyilir.

Vəhyin əsas növləri bunlardır: qeyb aləmindən səs eşitmək (məsələn, Həzrət Musa (ə)), peyğəmbərin qəlbinə fikir şəklində ötürülmək, yuxuda vasitəsilə (məsələn, Həzrət İbrahim (ə)) və mələk vasitəsilə çatdırılma (məsələn,  Həzrət Mühəmməd Peyğəmbər (s) Cəbrail adlı mələklə görüşüb ondan vəhyi alırdı).

Vəhy yalnız peyğəmbərlərə verilir, peyğəmbər olmayan şəxs vəhy ala bilməz. Amma Allah adi insanın qəlbinə bəzi fikirlər ötürə bilər (buna ilham deyilir və adətən, se¬çilmiş bəndələrə, övliyalara verilir). Adi şəxsin aldığı ilhamla peyğəmbərə gələn vəhy fərqlənir. Peyğəmbə¬rin özü və ümməti vəhyə inanıb tabe olmalı və əməl etməlidirlər. Amma adi insanın Allahdan aldığı ilhama başqalarının tabe olması vacib deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.