Maraqlı

“Qualcomm” xəbərdarlıq edib

9 Fevral 2021 22:55
Baxış: 738
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Ağıllı" texnika üçün ən böyük prosessor istehsalçılarından biri olan "Qualcomm" şirkəti yarımkeçirici məhsulun çatışmazlığı ilə üzləşib. "Bloomberg" nəşri şirkətin baş direktoru Kristiano Amonun bəyanatına istinad edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, minik avtomobili istehsalçıları ilk olaraq bu problemlə üzləşiblər, bundan sonra məişət elektronikası sahəsində də defisit qeydə alınıb. 2020-ci ildə koronavirus pandemiyasına görə uzaq məsafədən iş üçün kompüterlərə və şəxsi avtomobillərə tələbat kəskin artıb.

"Qualcomm" şirkətinin qiymətləndirməsinə görə, tədarükçülər 2021-ci ilin ikinci yarısında yarımkeçiricilərlə bağlı çatışmazlığı aradan qaldıracaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.