Maraqlı

“Huawei” və 89 şirkət mobil prosessorlar hazırlamaq üçün bir araya gələcəklər

4 Fevral 2021 21:10
Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin "Huawei" smartfon istehsalçısı ABŞ tərəfindən tətbiq edilmiş sanksiyalara görə "Kirin" prosessorunu istehsal etməkdə çətinliklə üzləşib. Texnologiya nəhəngi cavab tədbiri kimi 90 şirkətdən ibarət konsorsiuma daxil olmağı qərara alıb. Konsorsiumun vəzifəsi Çinin yarımkeçirici sənayesinin ABŞ-ın çip istehsalçılarından asılılığını azaltmaq üçün onu möhkəmləndirmək olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dərc edilmiş informasiyaya əsasən, 90 şirkət İnteqral Sxemlərin Standartlaşdırılması üzrə Milli Texniki Komitənin yaradılması üçün birgə müraciət ediblər. Məqsəd "zəif" sənaye sahələrinin koordinasiyası və inteqral sxemlərin standartlaşdırılması üzrə işləri inkişaf etdirmək olacaq.

İndi Çində yarımkeçirici məhsulun istehsalı ilə məşğul olan bir çox şirkət mövcuddur, amma onların istehsal gücü "Huawei", "Xiaomi" və ya "ZTE" kimi böyük brendlərin sorğularını qarşılamaq üçün kifayət etmir. Bundan başqa, ABŞ texnologiyalarının analoqlarının çatışmazlığı Çinin yarımkeçirici biznesinin ABŞ-ın həllərindən asılılığına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.