Maraqlı

Mutasiyaya uğramış koronavirusun mikroskop altında görüntüsü

2 Fevral 2021 23:45
Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 ilə bağlı narahatlığın yenidən artmasına səbəb olan mutasiyaya uğramış koronavirusun elm adamları tərəfindən ilk dəfə  görüntüsü paylaşılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, ilk dəfə İngiltərədə ortaya çıxan və daha yüksək yoluxuculuq xüsusiyyətinin olduğu bilinən mutasiyaya uğramış SARS-COV-2 Rusiyadakı Vektor Dövlət Tədqiqat Mərkəzinin alimləri tərəfindən görüntülənib.

Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin verdiyi açıqlamaya görə, elm insanları mutant koronavirusu mikroskop altında araşdırarkən fotoşəkil çəkməyi bacarıb və onu ictimaiyyətə təqdim ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.