Maraqlı

“Samsung Galaxy A72” smartfonunun texniki xüsusiyyətləri məlum olub

30 Yanvar 2021 21:45
Baxış: 1 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Samsung" şirkətinin yeni smartfonu - "A72" haqqında məlumatlar təqdimatdan öncə məlum olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Samsung Galaxy A72" smartfonu "AMOLED" texnologiyası üzrə hazırlanmış "Full HD " təsvir ölçülü 6,7 düymlük ekranla təchiz ediləcək. Smartfon iki versiyada əlçatan olacaq: "5G" dəstəkli və "Snapdragon 750G" prosessoru ilə, həmçinin "Snapdragon 720G" prosessoru ilə və "5G"-siz. Cihaz 4 sensordan ibarət kameraya malik olacaq: əsas 64 mp-lik, genişbucaqlı 12 mp-lik, 5 mp-lik makrosensor və 5 mp-lik dərinlik sensoru.

Şəbəkə informatorları smartfonun tezliklə təqdim ediləcəyini bildiriblər. "Samsung Galaxy A72" smartfonunun 128 QB daşıyıcı və LTE ilə olan ən əlçatan versiyası Avropada 459 avroya satılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.