Maraqlı

Samsung çip istehsalını artırır

28 Yanvar 2021 23:45
Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Samsung şirkəti çip istehsalı üçün yeni müəssisə quracağını bildirib. Bloomberg-in hesabatına görə, texnologiya nəhəngi Austində ən qabaqcıl çip istehsalını nail olmaq istəyir.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət istehsal üçün 10 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır. Samsung-un bu sərmayə ilə daha çox amerikalı müştəri qazanmağı və digər çip istehsalçısı TSMC ilə rəqabəti hədəflədiyi bildirilir.

Müəssisəsinin gələcəkdə 3 nanometrə qədər inkişaf etmiş çip istehsal etməsi planlaşdırılır.  Şirkət gələn ildən böyük avadanlıq quraşdırmaq və 2023-cü ildə müəssisədə çip istehsalına başlamaq istəyir.

Bundan əlavə, texnologiya istehsalçısı önümüzdəki on il ərzində çip sənayesinə 116 milyard dollar investisiya yatıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.