Maraqlı

Google-un rəqibi DuckDuckGo axtarış sayında rekordunu yenilədi

26 Yanvar 2021 23:55
Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlumat təhlükəsizliyinin gündəm olduğu bu günlərdə axtarış motoru DuckDuckGo rekord ziyarətçi artımı yaşayıb. Google-un rəqibi olan və 2008-ci ildə qurulan bu axtarış motorunun əsas özəlliyi açıq qaynaq kodlu olması və istifadəçi təhlükəsizliyinə önəm verməsidir.

Milli.Az techland.az-a istinadən bildirir ki, DuckDuckGO günlük axtarış sayı ilə öz tarixi rekordunu yeniləyib.

DuckDuckGo yarandığı gündən istifadəçilərin təhlükəsizliyini qoruduğunu və məlumatları bazada saxlamadığını bildirir. Whatsapp münaqişəsindən sonra DuckDuckGonun da məşhurluğu bir qədər artıb. 1 gündə ilk dəfə olaraq 100 milyon axtarış sayını ötüb. Yanvar ayının ilk günündə 77 milyon axtarış edilən saytın son günlərdə 100 milyon axtarışı keçməsinə əsas səbəbin təhlükəsizlik mövzusu olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.