Mütəxəssislər virusu məhv edən maskalar hazırlayıblar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sürix Tətbiqi Elmlər Ali Məktəbinin tədqiqatçıları İsveçrənin "Osmotex" şirkəti ilə birlikdə virusları məhv edə bilən və təkrar istifadəyə yararlı maska hazırlayıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar bu maskaları koronavirusa qarşı da uğurla sınaqdan keçiriblər. Alimlər maskanın funksiyasını izah edərkən bildiriblər ki, maska quruluşuna görə sendviç ilə müqayisə edilə bilər. Xüsusi tekstildən hazırlanmış maskanın içərisində izolyasiyalı membran təbəqəsi mövcuddur. Həmin membran təbəqəyə kiçik batareyadan aşağı voltlu elekrik gərginliyi ötürülür. Bu zaman meydana gələn reaktiv oksigen molekulları viruslarla təmasa girir və bir neçə dəqiqə içərisində virusları zərərsizləşdirir. Həmçinin bildirilib ki, maska virusların elektro-kimyəvi yolla sıradan çıxarılması ilə yanaşı, filtr funksiyası və virus hüceyrələrini passiv şəkildə zərərsizləşdirilməsinə xidmət edən ayrıca təbəqə ilə təmin olunub.
"MS2" bakteriofaqı adlanan viruslarla aparılan testlər zamanı alimlər elektro-kimyəvi tekstillərin 99 faizdən yuxarı olan antiviral təsirini müəyyən ediblər. Ona görə də bu maskanın SARS-CoV-2 virusuna qarşı tətbiqi tövsiyə olunub və yaz aylarında maska 25 İsveçrə franka satışa çıxarılacaq.
İndiyədək antiviral tekstil üçün sertifikatlaşma həyata keçirilmədiyinə görə alimlər bu material üçün standartlaşdırılmış patent sistemi üzərində iş aparırlar. Əgər bu materialın səmərəliliyi özünü doğruldarsa, gələcəkdə bu texnologiyanın ictimai nəqliyyatda oturacaqlar və qapı dəstəkləri üçün örtüklərin hazırlanmasında, eləcə də viruslarla təmasın məhdudlaşdırılmasının tələb olunduğu digər sahələrdə tətbiqi mümkün ola bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
DTX-nin əməliyyatı ilə üzə çıxan "Süleyman camaatı" - məhkəmə
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib





