Əyripəncəlik nədir və uşaqlarda bu problem necə aradan qaldırılır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Körpələrdə rast gəlinən ortopedik problemlərdən biri də əyripəncəlikdir. Mütəxəssislər hesab edir ki, bu problem sonradan fəsadların yaranmaması üçün uşaq doğulandan sonrakı qısa müddətdə aradan qaldırılmalıdır.
Ortoped-travmatoloq, uzman həkim Rəşad Zeynalov bildirib ki, əyripəncəlik ən çox rastlanan anadangəlmə əzələ-sümük sistemi patologiyalarından biridir. Bu halda topuq və ayaq barmaqları aşağı və içə dönmüş vəziyyətdə olur. Baldır və ayaq normadan qısa olur. Əyripəncəlikdə ağrı olmur və müalicə edilə bilən bir xəstəlikdir. Müalicə sonrası uşaq tam normal həyata dönə bilir.
Həkimin sözlərinə görə, bu hala hər 1000 doğuşdan birində rastlanır. Hər 3 xəstədən birində patologiya iki tərəfli görülür. Hər 3 nəfərdən ikisi oğlan uşaqlarıdır. Valideynlərdən birində bu patologiya varsa, uşaqda görülmə ehtimalı 3-4%-dir. Valideynlərin hər ikisində olubsa uşaqda olma ehtimalı 30%-ə qədər yüksəlir.
Diaqnoz müayinə zamanı qoyulur. Ana bətnində ikən 16 həftəlikdən sonra ultrasəs müayinəsi yardımı ilə bu patologiya hamiləlik zamanı da müəyyən edilə bilər. Bu patologiya ilə yanaşı uşaqda bud-çanaq oynağı displaziyası və əyriboyunluq rastlana bilər. Bu patologiyalar da diqqətlə yoxlanılmalıdır.
Onun sözlərinə görə, bu patologiyanın müalicəsində ən yayılmış və effektiv metod "Ponseti gipsləmə" metodudur. Müalicə doğuşdan 1 həftə sonra başlanır. Məqsəd ağrısız, funksional və düzgün ayaq əldə etməkdir. Həkim yavaşca və tədricən ayağı gərməklə düzəldir və bu vəziyyəti gips qoyaraq qoruyur. Hər həftə bu şəkildə ayaq tədricən düzəldilərək gipsə qoyulur. Bu prosedura ortalama 6-8 gipslə sonlanır. Əyriliyin dərəcəsi və sərtliyindən asılı olaraq daha çox və ya daha az gips qoymaq lazım gələ bilər. Ən son gips öncəsi axil vətəri uzadılır. Bu prosedura əməliyyatxanada sedasiya altında dəridə yarım santimetrlik kəsik aparılaraq icra olunur və axil vətəri uzadılır. Ardından ayaq maksimum düzəldilmiş vəziyyətdə gipsə qoyulur. Son gips 2 həftə qaldıqdan sonra çıxarılır və ayaqlar Dennis-Brown şinasına qoyulur. Bu şina 24 saat uşağın ayağına taxılı vəziyyətdə olur. Sadəcə bir neçə dəfə havalandırmaq və hərəkət üçün çıxarılır. İlk 3 ay hər şey qaydasında davam etdikdə, daha sonra şina gündüzlər və gecələr körpə yatarkən taxılır. Dennis- Brown şinası uşaq 3-4 yaşına gələnə qədər taxılır. Bu şina taxılmadıqda ayaq yenidən əyilə bilər. Bundan əlavə uşaqlar 7-8 yaşına qədər illik kontrola çağrılmalıdır. Ponseti metodu xəstə 3-4 yaşına qədər olduqda, digər metodlar fayda vermədikdə və deformasiya təkrarlandıqda və ya yumşaq toxuma əməliyyatından öncə tətbiq edilə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dəhşətli cinayətlər və istintaqlar əsasında çəkilmiş ən yaxşı 15 film
-
Pul onlara gəlir: xoş bonus alacaq BÜRCLƏR
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
"Kızılcık şerbeti"nin aktyoru Mustafa Başalan vəfat etdi (Foto)
-
İçlikli, doyumlu qarnıyarık poğaça resepti
-
Qiymə alarkən paketin altına diqqət edin, təhlükə mənbəyi ola bilər
XƏBƏR LENTİ
-
Dəhşətli cinayətlər və istintaqlar əsasında çəkilmiş ən yaxşı 15 film
-
Pul onlara gəlir: xoş bonus alacaq BÜRCLƏR
-
Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var
-
Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi
-
Braziliya - Yaponiya oyununun ən yaxşı futbolçusu Kazemiro olub
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Braziliya millisi 1/8 finala yüksəldi - DÇ-2026 - (Video)
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
-
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
-
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
-
İsrail elə sabah İranla müharibəyə başlaya bilər - Kats
-
Bakıda qadın evinin həyətində ölü tapıldı
-
“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
-
Nilsudan 2 milyonluq yatırım
-
"Onlar artıq mənim deyil, insanların mülküdür"
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib
-
Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" (Video)
-
“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum” - Məlahət Abbasovadan etiraf





