Maraqlı

Bu çaylar sizi arıqladacaq

16 Yanvar 2021 15:18
Baxış: 1 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq çəkidən qurtulmaq və hər zaman ideal bədən quruluşunu saxlamaq üçün maddələr mübadiləsinin hər zaman sürətli işləməsi lazımdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, zəif işləyən mübadilə daha çox kilo almanıza səbəb ola bilər. Bunun qarşısını almaq üçün gündəlik qida rasionunuza sadəcə bir neçə çay əlavə etməlisiniz.

Yaşıl çay

Aparılan bir çox araşdırma nəticəsində məlum olub ki, yaşıl çay metabolizmi sürətləndirməklə yanaşı, piyləri də əridir. Yaşıl çay metabolizmi 4 dəfə sürətləndirir.

Zəncəfil çayı

Zəncəfil çayı damarlardan qanın daha sürətli axmasını təmin edir və bədənin temperaturunu artırır. Bu durumda metabolizm sürətlənir. Bu çay həm də həzm sisteminin sağlam işləməsinə əngəl olan bakteriyaları öldürür.

Darçın çayı

Pəhrizdə olanlara tez-tez məsləhət görülən darçın ədviyyat olaraq istifadə edildiyi kimi, çay olaraq da istifadə edilə bilər.

Mate çayı

Arıqlamaq üçün olan çayların arasında ən çox tələbat olan çaylardan biridir. Cənubi Afrikada yetişən mate ağacının yarpaqlarından əldə edilən bu çay artıq çəkinin toplanmasına əngəl olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.