Ağız boşluğu, dil və xəstəliklər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağış boşluğu və dildə insanın müxtəlif orqan və sistemlərinin morfoloji funksional pozğunluqlarına aid dəyişikliklər aşkar edilir. Ağız boşluğu və dil əksər hallarda həzm, ifrazat, qan dövranı, qanyaratma orqanları xəstəliklərinin, hipovitaminozların və infeksion xəstəliklərin təzahürü ola bilir. Dildə olan dəyişikliklər müxtəlif xəstəliklərin differensial diaqnostikasında böyük əhəmiyyət daşıyır.
Xəstəliklərə diaqnozun qoyulması zamanı xəstələrin dilinin müayinəsi vacibdir. Dilin rəngi, nəmliyi, eroziya və yaraların olması, səpgilər qansızmalar, şiş törəmələri diaqnoz qoyulmasına həkimin çox yardımına gəlir.
Dilin müayinəsi zamanı onun xoşxasəli dəyişiklikləri nəzərə alınmalıdır. Bu dəyişikliklərə dilin aşağıdakı formaları daxildir:
1. Coğrafi dil - boz rəngli haşiyə ilə əhatə olunmuş qırmızı rəngli atrofiya sahələrinin dilin üzərinə səpələnməsi və gün ərzində onların dəyişilməsidir.
2. Tüklü dil - xroniki qıcıqlandırıcıların təsirindən sapabənzər məməciklərlə örtülür və dilin mərkəzi hissəsi tüklü görünür. Bu cür dilə ən çox ağız boşluğunun gigiyenasına əməl etməyənlərdə, papiros çəkənlərdə və uzun müddət antibiotik qəbul edənlərdə rast gəlinir.
3. Sarımtıl dil - bu ən çox yeni döğulmuşlarda rast gəlinir. Bu zaman şırımlar sarı, ortada qalan hissə isə qırmızı rəngdə olur.
4. Rombabənzər qlossit - dilin orta hissəsini əmələ gətirən tək təpə orta xətdə qırmızı, hamar, düzbucaq düyün çuxur şəklində qalır. Bu şişə bənzəsə də, xoşxassəli olur.
Tənəffüs aparatının vərəm xəstəliyi zamanı xəstələrin dilinin ucunda və yan tərəflərində çox ağrılı, yastı və kələkötür ətrafı olan yara əmələ gəlir. Bu yaralar bəzən dilin üstündə də əmələ gələ bilir.
Səpgili yatalaq xəstəliyində damaqda qansızmalar şəklində enantemalar meydana gəlir. Bu zaman dil quru və qırmızı olur.
Qarın yatalağı zamanı dilin üstü ağımtıl-sarı və ya qəhvəyi ərplə örtülür.
Skarlatina zamanı damaq kəskin hiperemiyalaşır, ödemləşir, alovlu damaq sindromu əmələ gəlir. Dilin üstündə fiberoz, hekrotik ərp əmələ gəlir.
Qızılca xəstəliyinin ilk günlərində yumşaq və sərt damaqda kiçik qırmızı ləkələr əmələ gəlir.
Behçet xəstəliyi zamanı orqanizmdə əmələ gələn bir sıra patologiyalarla yanaşı xəstələrdə stomatit əlamətləri əmələ gəlir.
Kəmərləyici dəmrov zamanı xəstələrin ağız və dodaq ətrafında əvvəlcə pulpitə oxşar ağrılı səpgi əmələ gəlir və sonra suluqlaşır.
Papilomavirus xəstəliyində ağızın selikli qişasında ziyilə bənzər düyünlü törəmələr meydana gəlir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
XƏBƏR LENTİ
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib





