Maraqlı

Bu bitkilər koronavirusdan qoruyur - Siyahı

9 Yanvar 2021 17:12
Baxış: 1 197
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusdan qorunmaq üçün immunitet sisteminin güclü olması ən vacib şərtlərdəndir. Bitki və bitki tərkibli qidaların insan bədəni üçün faydalı olduğu isə hər kəsə məlumdur.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, virusa qarşı antiviral təsiri olan aromatik bitki növləri arasında adaçayı, berqamot, rozmarin, mixək, limon otu, melissa, evkaliptin adını çəkmək olar.

Hindistan və Tayvan alimlərinin araşdırmalarına görə, evkalipt, ətirşah və limon yağları COVID-19-dan qorunmanı təmin edir.

Fərqli virus növlərinə antiviral təsiri olan aromatik bitki növləri arasında adaçayı, berqamot, ağ kəklikotu, rozmarin, çay ağacı, ətirşah, mixək, limon otu, melissa, mərcan köşkü, evkalipt, paçuli və darçın yer alır.

Tayvan universitetlərindən birinin tədqiqatlarında okaliptus, ətirşah və limon efir yağlarının isə koronavirus üzərində təsiri elmi cəhətdən sübut olunub.

Virus və bakteriyalardan qorunmaq üçün efir yağlarını gündəlik həyatda müxtəlif yollarla istifadə etmək olar. Otağın havasını təmizləmək üçün antiviral efir yağlarını təmiz su ilə qarışdırıb, sprey şüşə ilə çiləyərək istifadə edə bilərik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.