Maraqlı

Bundan sonra Almaniyada "Əhməd" fırtınası əsəcək

8 Yanvar 2021 21:30
Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq Almaniyada baş verən meteoroloji hadisələrə xarici adlar veriləcək.

Milli.Az xəbər verir ki, almanlar 2021-ci ildə qar yağmasına səbəb olan güclü küləyə "Əhməd" adını veriblər.

Maraqlısı odur ki, almanlar təbiət hadisələrinə xarici ad verməklə ölkədə irqi ayrı-seçkiliyi aradan qaldırmaq niyyətindədirlər. Bu missiyanı üzərinə götürən "Yeni alman mediaçıları" dərnəyi bu il Almaniyada baş verəcək mühüm təbiət hadisələrinin adlandırılması üzrə müəllif huquqlarını satın alıb.

Nəticədə Almaniya Meteorologiya Bürosundan satın alınan 14 atmosfer hadisəsinə ölkədə geniş yayılmış "Əhməd", "Camal", "Goran", "Dimitrios" kimi xarici adlar verilib.

Qeyd edək ki, Almaniya Meteorologiya Bürosundan təbiət hadisələrinə ad vemək üçün müəllif hüququ əldə etmək təxminən 230-330 avroya başa gəlir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.