Maraqlı

Çağlanı və övladlarını ölümlə hədələyən şəxs saxlanıldı

7 Yanvar 2021 15:40
Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir Çağla Şıkeli "Yaxın zamanlarda öləcəksən, səni və övladlarını öldürəcəm" mesajları ilə şantaj edən şəxsin kimliyi ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən ilin oktyabrından qorxulu mesajlar alan Çağlanı təhdid edən şəxs həbsdən yeni çıxan məhkum imiş. Çağlanın şikayəti üzrə tutulan şəxs modeli onun yaxşılığı üçün təhdid etdiyini deyib.

"Sosial mediada etdiyi paylaşımların hamısını izləyirdim. Övladları ilə tez-tez videolarını paylaşırdı. Şəxsi həyatını çox nümayiş etdirirdi. Çağlanı yaxşılığı üçün şantaj etdim ki, şəxsi həyatını gündəmə gətirməsin" - məhkum bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.