Maraqlı

Kriptovalyuta almaq üçün kredit götürməyin

31 Dekabr 2020 14:20
Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ethereum-un təsisçisi Vitalik Buterin öz "Twitter" hesabında istifadəçilərə ETH və ya digər kripto aktivləri almaq üçün kredit götürməməyi tövsiyyə edib. O, bu yazısına 2,55 bitcoin almaq üçün illik 7,9%-lə 46,250 dollar kredit almaq niyyətində olduğunu bildirən müəllifin gizli adının yazıldığı bir twitin ekran görüntüsünü də əlavə edib. Hesablamaya əsasən həmin istifadəçi 2026-cı ildə kredit üzrə 57,856 dollar qaytarmalı olacaq. Əgər 2026-cı ilin dekabrında bitcoin ən azı 22,669 dollar olarsa, istifadəçi xərclərini qarşılaya biləcək. Müəllif bu seçimin yaxşı bir həll yolu olub olmadığını kriptovalyuta cəmiyyətindən soruşdu. Sonradan məlum oldu ki, bu tweetin müəllifi "What Bitcoin Did" podkastinin aparıcısı Peter McCormack-dır. V.Buterin isə bu ssenarinin çox riskli olduğuna inandiğını qeyd edib. P.McCormack da Buterin ilə razılaşaraq heç vaxt kiməsə kriptovalyuta almaq üçün kredit götürməsini tövsiyə etməyəcəyini yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.