Maraqlı

Alimlər bu xəstəliyə qarşı mübarizə aparatı hazırladılar

27 Dekabr 2020 14:33
Baxış: 819
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni Zelandiyadakı Otaqo Universitetinin bir qrup alimi Altsheymer xəstəliyi ilə mübarizə məqsədi daşıyan xüsusi cihaz hazırlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, cihaz beynin gicgah payına yönəlmiş zəif elektrik impulslarının köməyi ilə insanın qoxu sistemini stimullaşdırmaq üçün hazırlanıb.

Parkinson xəstəliyi kimi bu xəstəliyin də ilkin mərhələlərində qoxu sisteminin işləməsindən məsul olan beyin hissəsi zərər çəkir.

Tədqiqatçılar qeyd edir ki, qoxu sinirləri beynin dərinliyinə çatır, yaddaş və naviqasiyaya təsir edir.

"Biz bu üsulla simptomlar azaltmağa və ya Altsheymerin demensiyaya keçməsini yatırmaq üçün bu sahələri stimullaşdırmağa kömək edəcəyik", - deyə araşdırmanın aparıcı müəllifi, dosent Yusif Özgür Çakmak bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.