Maraqlı

Elektron siqaretlər nələrə səbəb olur?

26 Dekabr 2020 23:20
Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çoxları tütündən, siqaretdən imtina etmək üşün elektron siqaretdən istifadə edir. Bu, siqaretin tərgidilməsi üçün vasitə hesab olunur. Amma əslində elektron siqaretin ziyanları da kifayət qədər çoxdur. Mütəxəssislər də hər zaman elektron siqaretlərin tütün məhsulları kimi insan orqanizminə zərərli olduğunu vurğulayırlar.

İcbari Sığorta üzrə Dövlət Agentliyi mütəxəssislərinin sosial şəbəkədə paylaşdıqları məlumatda da qeyd olunub ki, qəbul edilən nikotin ürək-damar sistemi, ağciyər xəstəlikləri və digər problemlərin yaranmasına səbəb olur.

Mütəxəssislər sağlamlığı qorumaq üçün tütün məhsullarından və elektron siqaretlərdən uzaq durmağa çağırırlar.

Elektron siqaretin zərərləri hansılardır?

Ürək və ağciyər xəstəlikləri riskini artırır

Ağız boşluğunda bir sıra xəstəliklərin yaranmasına səbəb olur

Yeniyetmə və gənclərdə beynin inkişafına mənfi təsir göstərir

Orqanimzmdə maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.