Maraqlı

“Samsung Galaxy Note” seriyalı qurğuların istehsalı davam etdiriləcək

19 Dekabr 2020 23:50
Baxış: 1 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti "Galaxy Note" seriyalı yeni qurğuların buraxılışını dayandırmaq niyyətində deyil. Bunu Cənubi Koreyanın "Yonhap News" informasiya agentliyinə seriyanın növbəti ildə yeni modellərlə yenilənəcəyini təsdiq edən şirkətdəki mənbə bildirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, son vaxtlar "Samsung" şirkətinin "Galaxy Note" seriyalı yeni smartfonların buraxılışından imtina edərək diqqəti elastik ekranlı yeni "Galaxy Z" modellərinin və "Galaxy S" seriyalı qurğuların yaradılmasına yönəldəcəyi barədə çoxlu şayiələr yayılıb. Hazırda isə ən azı 2021-ci ildə satışa yeni "Galaxy Note" qurğularının çıxarılacağı məlum olub.

Bu həftə "Samsung" şirkətinin mobil bölməsinin rəhbəri Ro The Mun növbəti il üçün planları açıqlayaraq "S-Pen" rəqəmli qələm dəstəyinin "Galaxy Note" qurğuları üçün eksklüziv olmayacağını və digər məhsullara quraşdırılacağını bildirib. Ekspertlərin fikrincə, "S-Pen" dəstəyi ilk növbədə 2021-ci ilin yanvarında işıq üzü görəcək yeni qabaqcıl "Galaxy S21" qurğusunda tətbiq ediləcək.

Xatırladaq ki, "Galaxy Note" seriyalı ilk qurğular 2011-ci ildə təqdim edilib. "Samsung" şirkəti "Note" qurğularının yeni modellərini adətən ilin ikinci yarısında nümayiş etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.