Maraqlı

“Android” cihazlarından məlumatları necə silmək lazımdır

17 Dekabr 2020 22:20
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biznes İnsayder (Business Insider) nəşrinin mütəxəssisi Deyv Conson "Android" cihazını satdıqda məlumatların silinmə ardıcıllığını izzah edib. Onun sözlərinə görə, "Android" əməliyyat sistemli cihazı satmağı planlaşdırarkən, ilk olaraq cihaz zavod parametrlərinə qaytarılmalı və bir neçə əlavə addım atılmalıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, cihazı zavod parametrlərinə qaytarmaq üçün "Ayarlar" menyusuna, sonra "Sistem" və "Sıfırlama" menyusuna keçərək, "Telefonu sıfırlanma" funksiyası seçilməlidir. Conson qeyd edir ki, yuxarıda göstərilən addımlara əlavə olaraq, telefonun oğurlanaraq oğru tərəfindən silinib və sonra istifadə etməsinə mane olan, sıfırlama funksiyasını bloklayan "Google" zavod qorunması da aradan qaldırılmalıdır. Beləliklə, cihaz qorunma aktivliyində ikən, sıfırlamadan sonra "Google" hesabı avtorizasiyası tələb edəcək. Onun söndürülməsi üçün "Ayarlar" menyusuna, sonra "Hesablar və ehtiyat nüsxəsi" daha sonra "Hesablar" bölməsinə keçilərək, mövcud "Google" hesabı silmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.