Maraqlı

“Nokia” şirkəti kiçikölçülü smartfonunu təqdim edəcək

15 Dekabr 2020 22:40
Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nokia" şirkəti dekabrın 15-də kiçikölçülü smartfonunu təqdim edəcək. Bu haqda "GicmoChina" nəşri məlumat verib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, jurnalistlər Çinin Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin (TENAA) məlumat bazasında aparat haqda məlumat aşkar ediblər. Təsvirə və şəkillərə görə, plastik korpusa malik olacaq qurğu 1440x720 piksel təsvir ölçülü 5,45 düymlük IPS ekranla təchiz edilib. Cihaz 1,4 QHs takt tezlikli naməlum 8 nüvəli prosessora, 2 QB əməli yaddaş və 64 QB daxili yaddaşa malikdir.
 
Cihazın ölçüsü yığcamdır. "TENAA"nın məlumatına görə, smartfonun korpusunun uzunluğu 149 mm təşkil edir. Həmçinin qurğu 5 mp-lik kamera, "Wi-Fi" dəstəyi, 2500 milliamper/saat tutumlu akkumulyatora malik olacaq. "Nokia"nın telefonu, çox güman ki, "Android"in yüngül "Go" versiyasının idarəetməsi altında işləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.