Maraqlı

Dünyada orta temperatur üç dərəcədən çox arta bilər

11 Dekabr 2020 06:30
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, koronavirus pandemiyasının səbəb olduğu istixana qazı tullantılarının azalmasına baxmayaraq, dünyada orta temperatur əsrin sonunadək 3°C-dən çox arta bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hesabata görə, koronavirus pandemiyasının yaratdığı iqtisadi tənəzzül nəticəsində bu il karbon qazı tullantılarının 7 faiz azalacağı gözlənilir. UNEP-in icraçı direktoru İnger Andersenin qeyd etdiyi kimi, 2020-ci ildə gözlənilən emissiya azalması 2050-ci ilədək qlobal istiləşməni yalnız 0,01°C aşağı salacaq.

O, həmçinin istixana qazı tullantılarının 2019-cu ildə maksimum həddə çatdığını və cari ilin müşahidə tarixində ən isti olacağını bildirib. "Buzlaqlar görünməmiş sürətlə əridiyi bir vaxtda meşə yanğınları, fırtına və quraqlıqlar xaos yaratmaqda davam edir", - deyə İ.Andersen sözlərinə əlavə edib.

Hesabatda vurğulanıb ki, pandemiyadan sonrakı "yaşıl" bərpa tədbirləri istixana qazı tullantılarının 2030-cu ilədək 25 faiz azalmasına səbəb ola bilər. Bununla yanaşı, "yaşıl" bərpa tədbirlərinin dünyanın Paris İqlim razılaşması çərçivəsində təyin edilmiş 2°C-yə yaxınlaşmasına zəmin yaradacağı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.