Maraqlı

Peyklərin buraxılışı üçün dron nümayiş olunub

7 Dekabr 2020 20:45
Baxış: 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Aevum" şirkəti kiçik peyklərin aşağı yerətrafı orbitə buraxılışı üçün nəzərdə tutulan pilotsuz uçan aparat nümayiş etdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Ravn X" adlı dronun uzunluğu 24,4 metr, qanadlarının uzunluğu 18,3 metrdir. Maksimal uçuş kütləsi 24,9 tona bərabər olan aparatda yanacaq qismində "Jet A" aviasiya kerosinindən istifadə edilir.

"Ravn X" aparatının ilk uçuşunun ilin sonunadək baş tutacağı gözlənilir. Daha sonra ABŞ Müdafiə Nazirliyinin maraqları üçün orbitə faydalı yük çıxaran aparatın buraxılışı planlaşdırılır.

Mütəxəssislərə görə, "Ravn X" missiyalar zamanı peykdaşıyan ikipilləli raketlərin buraxılışı üçün 9-18 kilometr yüksəkliyə qalxacaq.

Layihə barədə ətraflı məlumat verilməsə də, "Aevum" şirkəti dronun hər 3 saatdan bir buraxılacağına ümid edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.