Redmi Note 9 5G, Note 9 Pro 5G və Note 9 4G smartfonları təqdim olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xiaomi-nin Redmi brendi Redmi Note 9 5G, Redmi Note 9 Pro 5G və Redmi Note 9 4G smartfon modellərini təqdm etdi. İlk öncə Redmi Note 9 5G modelindən başlayaq. Adi Redmi Note 9 5G modeli Pro versiyadan xarici görünüşcə fərqlənir və daha sadələşdirilmiş texniki özəlliklər əldə edib. Lakin onun əsas özəlliklərindən biri də odur ki, o, böyük həcmli batareyaya sahibdir. Smartfon Full HD+ keyfiyyətli 6.53 düym IPS ekran əldə edib. Ekran standart 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Bununla yanaşı ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 9 5G modeli 8 nüvəli və 5G dəstəkli MediaTek Dimensity 800U prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP (f/1.79 diafraqmalı) + 8 MP (f/2.2 diafraqmalı genişbucaqlı sensor) + 2 MP (2.4 diafraqmalı makroobyektiv) üçlü arxa kamera, 13 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonda həmçinin 3.5 mm-lik audiogiriş də reallaşdırılıb. Lakin onda NFC modul yoxdur. Cihaz MIUI 12 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun satış qiymətləri aşağıdakı kimidir:
- 6 GB RAM + 128 GB daxili yaddaş - 200$
- 8 GB RAM + 128 GB daxili yaddaş - 230$
- 8 GB RAM + 256 GB daxili yaddaş - 260$.
Redmi Note 9 Pro 5G modelinə gəldikdə isə o, adi Redmi Note 9 Pro modelindən xarici görünüşcə və texniki özəlliklər baxımından tamamilə fərqlənir. Smartfon yüksək tezlikli təsvir yenilənməsini, Snapdragon prosessorunu, Samsung-un flaqman kamera sensorunu, yüksək həcmli batareyanı və NFC modulu əldə edib. Beləliklə Redmi Note 9 Pro 5G modeli Full HD+ keyfiyyətli 6.67 düym IPS ekran əldə edib. Ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və onun yuxarı mərkəzi hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Adi Redmi Note 9 5G-də olduğu kimi Pro modeldə də barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 9 Pro 5G modeli 8 nüvəli Snapdragon 750G prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 108 MP (f/1.75 diafraqmalı Samsung Bright HM2 sensoru) + 8 MP (f/2.2 diafraqmalı genişbucaqlı sensor) + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) + 2 MP (f/2.4 diafraqmalı ToF sensor) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4820 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun digər özəllikləri arasında 3.5 mm-lik audiogiriş, IP53 standartı üzrə sudan qorunma, stereo səsgücləndiricilər və NFC modul var. Cihaz MIUI 12 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Redmi Note 9 Pro 5G-nin qiyməti aşağıdakı kimi olacaq:
- 6 GB RAM + 128 GB daxili yaddaş - 240$
- 8 GB RAM + 128 GB daxili yaddaş - 275$
- 8 GB RAM + 256 GB daxili yaddaş - 300$.
Bu smartfonlardan əlavə olaraq təqdim edilmiş Redmi Note 9 4G modeli bir neçə gün bundan öncə Poco brendinin təqdim etmiş olduğu Poco M3 smartfonunun kopyasıdır. Əsas fərq ondan ibarətdir ki, Redmi Note 9 4G-nin arxa kamera hissəsi daha fərqli dizaynda hazırlanıb. Digər texniki özəlliklər üzrə Redmi Note 9 4G modeli Poco M3 ilə eynidir. Beləliklə Redmi Note 9 4G-nin qiyməti aşağıdakı kimidir:
- 4 GB RAM + 128 GB daxili yaddaş - 152$
- 6 GB RAM + 128 GB daxili yaddaş - 167$
- 8 GB RAM + 128 GB daxili yaddaş - 198$
- 8 GB RAM + 256 GB daxili yaddaş - 228$.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
XƏBƏR LENTİ
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)





