10 haldan 9-da smartfonu səbəbsiz yerə götürürük - ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərəli araşdırmaçılar müəyyənləşdiriblər ki, smartfonla olan təmasların 89%-nin təşəbbüskarları onların istifadəçiləridir. Bu nəticələr cihazların insanların dincliyini pozduğu fikrini də təkzib edir.
Milli.Az ted.az-a istinadən bildirir ki, bununla əlaqədar keçirilən təcrübədə iştirak edən 37 könüllünün orta yaşı 25, əksəriyyəti isə kişi olub. İştirakçılar 3 gün dalbadal paltarlarında kiçik kamera daşımalı və bütün hərəkətlərini qeydə almalı idilər.
Çəkiliş sutkada təxminən 5 saat çəkib. Cəmi 200 saatlıq video əldə olunub. Onlarda telefonda 1 130 təmas mövcud olub.
Qeyd olunub ki, istifadəçilər smartfonu hər dəfə ələ alarkən ondan ortalama 64 saniyə istifadə ediblər, bütün halların yarısında bu, 23 saniyə və ya daha az çəkib. Bir çox hallarda könüllülər votsapa daxil olub (təmasların 22 %-i), bildirişləri yoxlayıb və kilid ekranında saata baxıb (17%), instaqram (16%) və feysbukda (13%) oturub. İştirakçılar təmasların yalnız 1%-də telefona zəng vurmaq üçün əl atıblar.
Eksperiment zamanı məlum olub ki, e-poçt bildirişləri istifadəçilər üçün ən vacibi olub. Qrup çatlarından gələnlər isə demək olar, həmişə gözardı edilib. Həmçinin bildirilib ki, könüllülər evdə olarkən smartfonu cəmiyyət içərisində və ya işdə olandan daha çox istifadə edirlər.
Bununla belə, qeyd olunub ki, araşdırma zamanı tədqiqatçıların əngəli də olub. Belə ki, iştirakçılar istədiyi zaman kameranı söndürə və ya şəxsi həyatın gizliliyini saxlamaq üçün videonun istədiyi qismini silmək haqqına malik olublar. Beləliklə, smartfonla təmaslarının neçəsinin kadrarxası qalması məlum deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Soyuducunuzdakı köhnə süd qutusu ventilyatorun buz kimi üfürməsini təmin edir
-
Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın
-
Bal kimi şirin qarpızı seçmək üçün 5 əsas əlamət
-
Unsuz hazırlanan "fit" poğaça resepti
-
Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
-
Günün qoroskopu: Gözlənilməz xərclər çıxa bilər
XƏBƏR LENTİ
-
Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb
-
Ağsuda dağlıq ərazidə çətənə kolu əkən şəxs saxlanılıb
-
Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub
-
Almaniyada evlərin cəmi 6%-ində kondisioner var
-
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Arda DÇ-də rekorda imza atdı
-
Xankəndidə hərbi yürüş keçirilib - (Video/Foto)
-
Rusiya Ermənistandan balıq idxalını tam şəkildə qadağan etdi
-
AZAL donanmasına ilk Airbus A321neo təyyarəsini əlavə edib - (Foto)
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib - Yenilənib
-
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
-
Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib
-
İran Hörmüz boğazı üçün marşrut qaydalarını yenidən təsdiqləyib
-
Bakı və bölgələrdə narkotik əməliyyatı: 9 nəfər saxlanılıb
-
Brent neftinin qiyməti 73,75 dollara düşdü
-
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
-
Yaponiyada 5,8 bal gücündə zəlzələ oldu
-
DÇ-2026: Türkiyə qələbə qazandı, amma qrupdan çıxa bilmədi
-
Ağcabədidə iki avtomobil toqquşdu, bir sürücü həyatını itirdi
-
Soyuducunuzdakı köhnə süd qutusu ventilyatorun buz kimi üfürməsini təmin edir
-
Tualet kağızı ilə ağcaqanadları evdən uzaqlaşdırın
-
Bal kimi şirin qarpızı seçmək üçün 5 əsas əlamət
-
Unsuz hazırlanan "fit" poğaça resepti





