Maraqlı

15 yaşlı qız adətlərin ucbatından timsaha yem oldu

14 Noyabr 2020 08:13
Baxış: 1 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda 15 yaşlı qız timsahın qurbanına çevrilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, faciə Hindistanın qərbində Qücərat ştatında baş verib.

Yeniyetmə qız yırtıcının hücumuna yaşadığı kəndin yaxınlığında, çayda çirkli qabları yuduğu zaman məruz qalıb. 

Faciənin canlı şahidi olan qızın rəfiqəsi bildirib ki, timsah onun gözləri qarşısında sudan çıxaraq rəfiqəsini tutub və özü ilə birlikdə çayın dərinliklərinə aparıb.

Qızın cəsədi bir neçə saat sonra tapılaraq sudan çıxarılıb.

Qeyd olunur ki, faciənin baş verdiyi kənddə su xətləri çəkilsə də, yerli sakinlərin adətinə görə evin qab-qacağı məhz timsahlarla dolu olan çayın suyunda yuyulmalıdır.

Hadisədən sonra yerli qurumlar yırtıcı heyvanı yaxalamaq üçün çayda xüsusi timsah tələsi qurublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.