Bu ilin III rübündə dünyanın ən böyük şəxsi kompüter istehsalçısı Çinin "Lenovo" şirkətinin xalis mənfəəti illik müqayisədə 53% artaraq 310 milyon ABŞ dolları olub.
Milli.Az ted.az-a istinadən bildirir ki, hesabat dövründə şirkətin gəlirləri isə 7% artaraq 14,5 milyard dollara çatıb.
Lenovo-nın maliyyə vəziyyətinin yaxşılaşması koronavirus (COVID-19) pandemiyasının təsiri ilə tətbiq olunan məhdudiyyətlər, məsafədən iş zərurəti ilə izah olunur.
Milli.Az