Dünyanın ən böyük şəxsi kompüter istehsalçısının xalis mənfəəti 53% artıb

5 Noyabr 2020 22:40

Bu ilin III rübündə dünyanın ən böyük şəxsi kompüter istehsalçısı Çinin "Lenovo" şirkətinin xalis mənfəəti illik müqayisədə 53% artaraq 310 milyon ABŞ dolları olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, hesabat dövründə şirkətin gəlirləri isə 7% artaraq 14,5 milyard dollara çatıb.

Lenovo-nın maliyyə vəziyyətinin yaxşılaşması koronavirus (COVID-19) pandemiyasının təsiri ilə tətbiq olunan məhdudiyyətlər, məsafədən iş zərurəti ilə izah olunur.

Milli.Az