Maraqlı

“OnePlus” şirkəti maraqlı funksiyalara malik ucuz smartfonlarını təqdim edib

29 Oktyabr 2020 19:50
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"OnePlus" şirkəti 2 ucuz smartfon modelini ("OnePlus Nord N10" və "N100") təqdim edib. Cihazlar bu brend üçün tipik olmayan funksiyalar və "Qualcomm" şirkətinin yeni prosessorları ilə təchiz edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Nord N10 5G" adlı böyük model "Snapdragon 690" prosessoru ilə təchiz edilib və beşinci nəsil mobil şəbəkələrində işləyə bilir. 6,49 düymlük IPS displey 2400x1080 piksel təsvir ölçüsünə və 90 hers yeniləmə tezliyinə malikdir. Kvadrokamera 64 mp-lik əsas sensor, 8 mp-lik genişbucaqlı və 2 mp-lik 2 köməkçi sensordan ibarətdir.

"Nord N100" modeli "Snapdragon 460" prosessoru ilə təchiz edilib. 6,52 düymlük ekranın təsvir ölçüsü 1600x720 piksel təşkil edir. Əsas kamera 13, 2 və 2 mp-lik sensorlardan ibarətdir.

Avropada satışa çıxarılacaq böyük modelin qiyməti 350 avro, kiçik modelin qiyməti isə 200 avro təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.