Maraqlı

50 yaşa qədər olan infarkt qadınlar üçün daha TƏHLÜKƏLİDİR

24 Oktyabr 2020 21:40
Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

50 yaşınadək infarkt keçirən qadınların infarktdan sonrakı 10 ildə kişilərə nisbətən daha çox öldüyü məlum olub.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki,  Harvard Tibb Fakültəsinin professoru Ron Blankşteynin rəhbərlik etdiyi araşdırma zamanı orta yaşı 45 olan və 2000-2016-cı illərdə ilk infarkt keçirən 400-dən çox qadın və 1700 kişi izlənilib.

Xəstəxanadakı ölüm və ya infarktın izləndiyi 11 ildə qadınlar və kişilər üçün ürəklə əlaqəli ölüm nisbətləri təxminən eyni olub. Bu dövrdə ürək-damar xəstəliklərindən kənar səbəblərdən ölüm nsibətinin qadınlarda kişilərə nisbətən 1,6 dəfə çox olduğu müşahidə edilib. Mütəxəssislər bunun səbəbini siqaret, diabet, depressiya və digər psixososial risk faktorları ola biləcəyini vurğulayıblar.

Qeyd olunub ki, bu faktorlar qadınlarda estrogen hormonunun qoruyucu təsirlərini üstələyə bilir.

Professor Blanksteyn deyib ki, xəstəxanadakı ölümləri istisna etməklə təqib dövründə kişilər arasında 157, qadınlar arasında isə 54 ölüm baş verib. Bu, müvafiq olaraq 9,5 və 13,5 faiz nisbətində olub və əhəmiyyətli bir fərq hesab olunur. Gənc yaşda infarkt keçirən qadınlarda kişilərlə oxşar simptomlar çox olur. Ancaq diabet və kişilərdən daha aşağı sosial-iqtisadi vəziyyətə sahib olma ehtimalı daha yüksəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.