Maraqlı

"Mənim erməni xalqına bir sözüm yoxdu, amma rəhbəri ruhi xəstədir" - Türkiyəli məşhur

21 Oktyabr 2020 16:09
Baxış: 2 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhur müğənni Serdar Ortaç erməni barbarlarının Azərbaycanda dinc əhaliyə qarşı törətdikləri terror aktlarını tənqid edib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Sənətçi müxbirlərin suallarını cavablandırarkən Ermənistan rəhbəri Nikol Paşinyanı tənqid edərək, müharibə qaydalarına əməl etmədiyini, dinc əhalini hədəf aldığını deyib. 

''Mənim erməni xalqına bir sözüm yoxdu, amma rəhbəri ruhi xəstədir. Əgər əsgərləri varsa, müharibədə döyüşməlidirlər. Dinc əhalinin üstünə raket atmaq terrordur''. 

Eyni zamanda, sənətçi "Azərbaycanda döyüşə gedərsinizmi?" sualını da cavabsız qoymayıb. 

''Əgər mənim getməyimə ehtiyac olarsa, təbii ki, gedərəm. Ancaq növbə mənə gələnə qədər, Azərbaycan əsgəri öz vətəndaşlarını qoruyur", - o bildirib. (ölkə.az)

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.