Maraqlı

Məşhur aktyor xərçəngə tutulub

20 Oktyabr 2020 11:26
Baxış: 1 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı aktyor Ceff Brices xərçəng xəstəliyinə tutulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "Twitter" hesabında məlumat verib.

"Mənə lenfoma diaqnozu qoyuldu", - deyə 70 yaşlı aktyor qeyd edib.

O bildirib ki, vəziyyətinin ağır olmasına baxmayaraq, əla həkimlərin köməyilə vəziyyəti yaxşılaşacaq; onların proqnozları müsbətdir. Aktyor bu gündən müalicəyə başlayacaq.

Qeyd edək ki, Ceff Brices 200-dən çox filmdə çəkilib. O, daha çox 2010-cu ildə ən yaxşı kişi roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülən "Crazy Heart" (Dəli ürək, 2009) filmi ilə tanınır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.