Plutonun ekvatorial dağ zirvələrində metan qarı aşkarlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
NASA-nın alimləri və planetoloqlar Plutonun ekvatorial regionlarının tünd ərazisi olan Ktulxunun fotoşəklində dağ zirvələrini və yüksəklikləri örtən metan qarı aşkar ediblər. Astronomların "Nature Communications" jurnalında yazdığına görə, həmin qar Yerdə olduğu kimi yaranmayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin fikrincə, bu ağ örtük planetin düzənliklərindən bir neçə kilometr yüksəklikdə böyük miqdarda metanın toplanması və beləliklə dağ zirvələrində kondensasiya üçün şəraitin yaranması nəticəsində meydana gəlib.
Pluton haqqında məlumatlar 2006-cı ildə kosmosa göndərilmiş "New Horizons" planetlərarası stansiyanın fəaliyyəti nəticəsində əldə edilib. 2015-ci ilin iyul ayında Pluton sisteminə çatmış "New Horizons" cırtdan planetdən 13 min kilometr məsafədə uçaraq onun səthinin çoxsaylı fotoşəkillərini çəkib. Həmin şəkillər sayəsində ilk dəfə olaraq Plutonun məşhur "ürəyi" - Sputnik düzənliyi, habelə buzlu çayların və vulkanların izləri qeydə alınıb.
Əldə edilən məlumatlar Pluton haqqında daha maraqlı xəbər verib - onun təkində nəhəng buzaltı okeanın olması mümkündür. Həmin okean cırtdan planetin səthində izləri görünən geoloji proseslərin özünəməxsus hərəkətverici qüvvəsi ola bilər. "New Horizons"un bu kəşfi səbəbindən planetoloqlar arasında diskussiyalar başlanıb. Alimlər bu quruluşun necə yarandığını, uzaq keçmişdə Plutonun görünüşünün necə olduğunu öyrənməyə çalışırlar.
"New Horizons" elmi komandasının üzvləri NASA-nın Eyms adına Tədqiqatlar Mərkəzindən planetoloq Tanqi Bertranın rəhbərliyi ilə Plutonun daha bir qeyri-adi xüsusiyyətini kəşf ediblər. Onlar Ktulxuda relyefi tədqiq ediblər.
Əvvəlcə planetoloqlar güman edirdilər ki, ağ ləkələr metan buzu yataqlardır. Lakin Bertran və həmkarları izah ediblər ki, Plutonun ekvatorial dağ zirvələri və qayaları təkcə buzla deyil, həmçinin ekzotik metan qarı ilə örtülüdür. Sonuncu birbaşa qaya və dağların səthində yaranır. Planetoloqlar metanın atmosferdə özünü necə aparmasını hesabladıqdan sonra bu nəticəyə gəliblər. Həmçinin nəzərə alıblar ki, metan qazının molekulları günəş şüaları və digər istilik mənbələri ilə qarşılıqlı təsirdə olur. Məlum olub ki, Plutonun ekvatorunda, onun səthindən 2-3 kilometr yüksəklikdə küləklər nəticəsində formalaşan unikal şərait metan buxarından qarın yaranmasına səbəb olur.
Yerdə qar isti hava kütləsinin atmosferin yuxarı qatlarına qalxması nəticəsində yaranırsa, bu proses Plutonda əks istiqamətdə gedir: dağ zirvələrinin və qayaların soyuq səthi ilə cırtdan planetin atmosferinin nisbətən yuxarı qatlarındakı isti hava kütlələri toqquşur.
Alimlər güman edirlər ki, Plutonun Sputnik düzənliyindən şərqə doğru yerləşmiş Tartar silsilələri də bu yolla yarana bilər. Bu dağ regionunun fərqləndirici cizgisi qəribə zirvələrin olmasındadır - onlar göydələnlərə və ya tiyəyə oxşayır. Ola bilər ki, bu zivələr də "yuxarıdan aşağı" böyüyən metan buzu yataqlarıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi





