Şutinq-breyk kuzovlu Rolls-Royce Wraith satışa çıxarılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hollandiyanın lüks avtomobil satıcısı Classic Youngtimers Consultancy firması, Wraith kupesinin əsasında yaradılmış üçqapılı Rolls-Royce Silver Specter Shooting Brake universalını satışa çıxarıb. Şirkət unikal avtomobilin qiymətini yalnız sorğuya əsasən təqdim etməyə hazırdır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Rolls-Royce Silver SpectreShooting Brake universalının dizaynı Londonda yerləşən Niels van Roij Design studiyası tərəfindən hazırlanıb. Avtomobilin inşası ilə Carat Duchatelet kuzov atelyesi məşğul olub. Müəlliflərinin sözlərinə görə, yeni model 1930-cu illərin klassik ingilis avtomobillərinin üslubunda dizayna və ən müasir texnologiyalara malikdir.
Satışa çıxarılan şutinq-breyk, yeddi nüsxə ilə məhdudlaşdırılmış seriyadan olan ilk avtomobildir. Silver Specter modelinin ikirəngli kuzovu qismən karbon lifindən hazırlanıb. Xüsusilə də, rəvan şəkildə baqaj qapısına keçən uzadılmış dam kompozit materialdan düzəldilib.
Eksklüziv tərtibat interyerə də davam edir. İnteryerin əsas xüsusiyyəti, fiber-optik işıqdiodlarından hazırlanmış tavandakı ulduzlu səmadır. Yaradanlarının fikrincə, "ulduzların" parlaqlığı tavanın axırına yaxınlaşdıqca solacaqdır ki, bununla da sonsuz səmanın xəyalı yaradılacaqdır. Bundan əlavə, avtomobilin oturacaqları, qapı kartları, həmçinin ön panel və baqaj bölməsi də üçrəngli orijinal dəri ilə örtülür.
Şutinq-breykin kapotunun altında 700 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,6-litrlik V12 biturbo mühərriki yerləşir. Ümumilikdə, holland atelyesi, hər biri fərdi dizaynı və müxtəlif aksesuarları ilə fərqlənəcək yeddi eksklüziv avtomobili yığacaqdır. Modelin qiyməti yalnız sorğu əsasında təqdim edilir.
Classic Youngtimers Consultancy şirkətinin portfoliosunda özünəməxsus əsərlər mövcuddur. Məsələn, şirkət satışa üç qeyri-adi avtomobil çıxarıb: krossoverlərə çevrilmiş Bentley Continentl GT, Nissan GT-R və Lamborghini Gallardo.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - 4 min manata satıldı - (Foto/Video)
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
XƏBƏR LENTİ
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü





