BMW açıq kuzovlu 4 Series modelini təqdim edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni BMW 4 Series kupesinin təqdimatından dörd ay sonra, Bavariya istehsalçısı bu ailənin açıq kuzovlu versiyasını təqdim edib. 4 Series Convertible modeli gələn ilin mart ayında satışa çıxarılacaqdır/ Daha sonra "bərkgedən" M4 kabrioleti debüt edəcəkdir.
Əslində yeni kabrioletin dizaynı yayın ortalarında casuslar tərəfindən çəkilmiş şəkillər sayəsində açıqlanmışdı. Odur ki, sürprizlərə yer qalmayıb. İstehsalçı, yeni kabrioletin orijinallığı ilə qürurla danışır və onun 3 Series sedandan ciddi şəkildə fərqləndiyini vurğulayır.
Bununla belə, kupe ilə müqayisədə elə də böyük fərq yoxdur. İki "dördlüyün" ölçülərini müqayisə etsək, bir istisna olmaqla ölçülər üst-üstə düşəcəklər: bu gün nümayiş etdirilən model damın konstruksiyası səbəbindən simvolik bir millimetr daha yüksək olduğu ortaya çıxıb.
Bununla yanaşı, yeni kabriolet yeddi il əvvəl debüt edən sələfindən kəskin şəkildə fərqlənir. Mühəndislər üç hissədən ibarət olan sərt damı müasir yumşaq dam ilə əvəzləyiblər. Yumşaq dam 40% daha yüngüldür, eyni zamanda, akustik və iqlim rahatlığı baxımından "ənənəvi" parça damlarından xeyli dərəcədə üstündür.
Yumşaq dam sayəsində baqaj bölməsinin həcmi 385 litr (+15 litr), qatlanmış halda isə 300 litr (+80 litr) təşkil edir.
BMW 4 Series kabrioleti kupe ilə eyni dörd və altı silindrli mühərrikləri alacaq - üç benzin və üç dizel. Yeganə fərq 420d Cabriolet modifikasiyasının yalnız arxa ötürmə təklif ediləcəyidir. Xatırladaq ki, 190 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə təchiz edilən kupe xDrive tam ötürmə sistemi ilə də təchiz oluna bilər.
Kabrioletin 374 at qüvvəli mühərrik ilə təchiz edilən BMW M440i xDrive top modifikasiyası 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir. Bu kupe kuzovlu versiyada olduğundan 0,4 saniyə yavaşdır.
Ən güclü dizel və benzin mühərrikləri 11 at qüvvəsi hasil edən startyor-generator ilə təchiz olunurlar. Transmissiyalar eynidir - səkkiz pilləli Steptronic və Steptronic Sport "avtomatları". Əlavə ödənişlər BMW M kataloqundan güclü əyləcləri, idman differensialını, adaptiv asqını və bir çox aksesuarları sifariş etmək olar.
Komfort vbaxımından, kabriolet kuzovlu model kupedən yalnız qatlanmış dam ilə hərəkət zamanı sərnişinlərin boyun zonasının qızdırılmasını təmin edən ənənəvi sistem ilə fərqlənir. Eyni zamanda, kabriolet kupenin təchiz edildiyi bütün təhlükəsizlik texnologiyalarını və multimedia imkanlarını da əldə edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - 4 min manata satıldı - (Foto/Video)
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
XƏBƏR LENTİ
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı





