Maraqlı

Snapdragon 750G çipini nümayiş olundu

26 Sentyabr 2020 19:45
Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qualcomm" şirkəti orta qiymət diapazonuna malik smartfonlar üçün yeni çipsetini nümayiş etdirib. "Snapdragon 750G" prosessoru ilə təchiz edilmiş cihazlar 2020-ci ilin sonunadək satışa çıxarılacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, çipsetə güclü süni intellekt alqoritmləri sistemi quraşdırılıb. Bunun sayəsində ətrafdakı səs-küyü ayırd etmək mümkündür. "Qualcomm" şirkətinin nümayəndəsi bildirib ki, süni intellekt inşaatdakı səs-küyü, it hürməsini və ya uşaq ağlamasını ayırd edərək onların səsini azalda bilir.

Çipset yeni "Adreno 619" videosürətləndiricisi ilə təchiz edilib ki, bu da "Snapdragon 730G" ilə müqayisədə oyunlarda məhsuldarlığı 10% artıracaq. Platforma "mmWave" yüksəksürətli standartı daxil olmaqla beşinci nəsil şəbəkələrində işləyir. "Snapdragon 750G" çipi sayəsində orta sinif smartfonlarında yeni "Wi-Fi 6" və "Qualcomm Quick Charge 4 " sürətli enerjidoldurma texnologiyası əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.