Maraqlı

Şiddətli baş ağrısı, ikili görmə, göz arxasında ağrı anevrizmanın əlaməti ola bilər

20 Sentyabr 2020 22:20
Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox şiddətli baş ağrısı, ikili görmə və göz qapağı düşüklüyü anevrizmanın - beyin qanamasının  əlamətləri ola bilər. Bir çox beyin anevrizması isə əlamət vermir. Ancaq ailədə kimdəsə anevrizması olan varsa mütləq vaxtaşırı müayinələrdən keçilməlidir. e-tibb.az xəbər verir ki, bunu neyrocərrah Vüqar Mirzəliyev bildirib.

Həkim qeyd edib ki, anevrizma, əsasən arteriyaların, aorta və ondan ayrılan damarlarda əmələ gələn qabarıqlıq- şar formalı hissələrdir. Beyin anevrizması beyindəki qan damarlarında çıxıntı ya da şarlaşma olmasıdır. Beyin anevrizmaları arteriya divarında incəlmə nəticəsində əmələ gəlir.

Məlumata görə, beyin anevrizması olan hər 10 nəfərin birində anevrizmanın partlaması nəticəsində beyin qanaması əmələ gəlir: "Çox şiddətli baş ağrısı, ikiligörmə və göz qapağı düşüklüyü beyin qanaması əlamətləridir.

Bir çox beyin anevrizması əlamət vermir. Ancaq ailədə kimdəsə anevrizması olan varsa mütləq vaxtaşırı müayinələrdən keçilməlidir".

Şikayətlər:

Neyrocərrahın sözlərinə görə, beyin anevrizmaları iki şəkildə əlamətlər göstərə bilirlər. Birincisi, kütlə effekti səbəbiylə beyin toxumasında hər hansı bir nahiyəni sıxışdırması nəticəsində ortaya çıxar. Belə vəziyyətlərdə sıxılan nahiyyənin funksiyası tam olaraq yerinə gətirilə bilməz və bununla əlaqədar problemlər ortaya çıxar. Məsələn, anevrizma göz qapağını hərəkər etdirən önəmli bir sinirin yanında yarana bilər.

Anevrizmanın bu sinirə basqı göstərməsi nəticəsində xəstənin göz qapağında düşüklük ya da göz bəbəyində böyümə yarana bilər.

Həkim qeyd edib ki, yırtılmamış anevrizma kiçikdisə heç bir əlamət verməyə bilir. Ancaq böyük yırtılmamış anevrizmalar beyin toxuması və sinirlərə basqı göstərərək bu əlamətləri yarada bilər:

Göz arxasında ağrı
Geniş göz bəbəyi
Görmə sahəsində pozğunluqlar, iki görmə
Üzün bir tərəfində uyuşma, gücsüzlük, iflic (üz iflici)
Göz qapağında düşmə

Neyrocərrahın sözlərinə görə, bu problemin müalicəsi cərrahi-klipsləmə və endovaskulyar (damardaxili) koilləmə metodu ilə aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.